"Heydər Əliyev dedi ki, vəziyyət pisdir, hər şey ola bilər" - Etibar Məmmədov (VİDEO)

 "Heydər Əliyev dedi ki, vəziyyət pisdir, hər şey ola bilər" -   Etibar Məmmədov (VİDEO)
  20 Yanvar 2022    Oxunub:1235
“20 Yanvar” qırğını barədə Moskvada keçirdiyim mətbuat konfransından sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadakı Azərbaycan nümayəndəliyinə hücumu oldu. Sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi”.
Bunu Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov Space TV-də yayımlanan “Yeni Reallıq” verilişində bildirib. Onun sözlərinə görə, Moskvada keçirilən mətbuat konfransından sonra Heydər Əliyev oradakı Azərbaycan nümayəndəliyinə gedib:

- Heydər Əliyev, İlham Əliyev və Mahmud Məmmədquliyev birlikdə gəldilər. Heydər Əliyev məndən canlı şahid kimi Azərbay- candakı, Bakıdakı vəziyyətlə bağlı məsələlər barədə soruşdu. Məlumat mübadiləsi etdik. Heydər Əliyev isə Moskvadakı vəziyyət, onların baş verən proseslərə mövqeyi və başqa məsələlərlə bağlı danışdı. Tövsiyələrini verdi. Ən əsası, dedi ki, vəziyyət çox pisdir. Hər şey ola bilər. Doğrudan da hər şey oldu. Həmin axşam bizim daimi nümayəndəliyimizə hücum oldu. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin hücumu ilə sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi. Qapı-pəncərəni vurub dağıtdılar, adamların bir hissəsini mənimlə bərabər apardılar, sonra məni saxladılar, qalanlarını buraxdılar.




Teqlər: 20-yanvar  





Xəbər lenti