Sabah hava isinəcək

 Sabah hava isinəcək
  06 Aprel 2014    Oxunub:1213
Aprelin 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
AzVision.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Temperatur gecə 1-6°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 13-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.

AzərTAc


Teqlər:





Xəbər lenti