COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmadı

COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmadı
  20 Yanvar 2022    Oxunub:723
Yanvarın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən AzVision.az -a verilən məlumata göər, monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti