Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub

   Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
  19 Yanvar 2022    Oxunub:1487
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi baş verib.
Bu barədə AzVision.az - a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib. Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.

AzVision.az



Teqlər: Polis  



Xəbər lenti