Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq
Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, yanvarın 20-dən 21-dək isə əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, yanvarın 19-da gündüz, 20-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
AzVision.az