"Qurdlar uşaqlarda qan azlığına səbəb olmur" - Həkim

 "Qurdlar uşaqlarda qan azlığına səbəb olmur" -    Həkim
  19 Yanvar 2022    Oxunub:928
Bizə müraciət edən bütün xəstələlərin birinci sualı “övladımda qurd varmıdır”. Qanazlığına səbəb olacaq qurdlar çox azdır və Azərbaycanda da o qədər yayılmayıb.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. Onun sözlərinə görə, çox yayılan askorid kimi qurdlar qan azlığına səbəb olmur:

“Qan sovuran qurdlar əsasən Şimali Amerikada olan daha çox rast gəlinir. Bəzən analizlərdə ibtidailər çıxır və insanlar bunu qurd kimi qəbul edirlər. İbtidailər qurd deyil və yanaşma fərqlidir. Əgər uşaqda qan sovuran qurd çxıbsa müalicə olunur və bu, çətin müalicə deyil. Azərbaycanda də çox görsənmir”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti