Hansı uşaqlarda anemiyalara daha çox rast gəlinir?

 Hansı uşaqlarda anemiyalara daha çox rast gəlinir?
  19 Yanvar 2022    Oxunub:695
“Vaxtından əvvəl doğulan, çəkisi az olan körpələrdə anemiyalara daha çox rast gəlinir”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. Onun sözlərinə görə, vaxtından əvvəl doğulan körpələr ana bətnində az vaxt keçirdiklərindən onlarda dəmir deposu yetərli olmur:

“Digər səbəblərdən biri də reanimasiyada olan körpələrdən mütəmadi olaraq qan alındığından onlarda qan azlığı daha çox müşahidə olunur”.

Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfərin dispanser qeydiyyatına alındığını deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu göstərici 2020-ci illə müqayisədə artıqdır: “Həmin ildə qeydiyyata alınanların sayı 20 mindən az olub”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti