Kreml Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibət bildirib

   Kreml Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibət bildirib
  19 Yanvar 2022    Oxunub:552
“Ukrayna məsələsini həll etmək üçün istənilən ölkənin səylərini dəstəkləyirik”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O xatırladıb ki, Moskva ilə Kiyev arasında əsas fikir ayrılıqları Ukrayna tərəfinin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlıdır.

"Türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, yalnız müsbət qarşılana bilər", - Peskov əlavə edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putin və Volodomir Zelenskini danışıqlar üçün ölkəsinə dəvət edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayn   Rusiya  





Xəbər lenti