Gömrük Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

Gömrük Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
  19 Yanvar 2022    Oxunub:1393
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın 18 yanvar 2022 ci il tarixində 3 cü iclası keçirilib. İclasda yenidən 5 nəfər (Çingiz Bayramov, Elməddin Muradlı, Hafiz Əzəmmədov, Namiq Məmmədov, Ədil Ədilzadə) üzrsüz və 1 nəfər (Şəbnəm Dadaşova) üzrlü səbəbdən iştirak etməyib.
İclas İctimai Şuranın sədr, sədr muavinləri, katib və üzvlərinin iştirakı ilə təşkil edilib. 13 nəfər üzvdən 7 nəfəri iclasda iştirak etdiyi üçün, qanunvericiliyə əsasən (50+1) yəni üzvlərin yarıdan çoxunun iştirak etdiyindən iclas səlahiyyətli sayılıb.

İctimai şuranın sədri Nazim Bayandurov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra sədr gündəlikdə olan məsələlər barədə ətraflı məlumat verib. Sədr muavini Vüsal Əliyev bildirib ki, növbəti iclasdan etibarən şurada ardıcıl olaraq 3 dəfə iştirak etməyən üzvlərin uzaqlaşdırılması məsələsinə baxılsın.

Daha sonra şuranın üzvü Müqamət Əliyev çıxış edərək, ictimai şuranın e-mail adresi və facebook səhifəsinin yaradılması təklifini irəli sürüb.

Sonda iclasın gündəliyində duran məsələlər müzakirə edilərək, şuranın fəaliyyət planı, reqlament və vətəndaşların müraciəti ilə bağlı məsələlər ayrı-ayrılıqda səsə qoyulub. Digər üzvləri də fikirlərə qoşulduqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti