"Ağdamla Füzuli daha bizim "vətənimiz" deyil"- Asatryan

"Ağdamla Füzuli daha bizim "vətənimiz" deyil"-    Asatryan
  19 Yanvar 2022    Oxunub:561
Ermənistanın radikal Daşnaksütyun partiyasının funksioneri, deputat İşxan Sağatelyanın Azərbaycan torpaqları ilə bağlı sərsəm bəyanatı bəzi erməni siyasətçilərdə qıcıq oyadıb.
AzVision.az xəbər verir ki, yerli media siyasətçi, "ANC" idarə heyətinin üzvü Qurgen Asatryanın Saqatelyana söz atmasından yazıb.

Asatryan daha Ağdam və Füzuliyə iddialı olmamalarından gileylənib:

- Yoldaş İşxan bu gün(Dünən-red.) Hadrut və Şuşanı "qaytaracağını" bildirdi. Gəlin bu açıqlamanın absurdluğunu bir anlıq unudaq. Çalışıb anlayaq ki, illərdir bitərəfliyi təbliğ edən bir partiyanın nümayəndəsi ancaq Hadrut və Şuşanı işğal edir, Ağdamı və Füzulini isə əksinə.
Bəyəm Ağdamla Füzuli daha bizim "vətənimiz" deyil? Yoxsa 20 ildən artıqdır ki, xalqımızı aldatmısınız və bu bəlaya hazırlamısınız?

Tural Tağıyev
AzVision.az



Teqlər: Şuşa   Ermənistan   Daşnaksütyun  





Xəbər lenti