Tokayev yeni müdafiə naziri təyin edib

   Tokayev yeni müdafiə naziri təyin edib
  19 Yanvar 2022    Oxunub:587
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni müdafiə nazirini təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə prezident sərəncam imzalayıb.

Sərəncama əsasən, Ruslan Jaksılkov nazir vəzifəsinə təyin edilib.

Xatırladaq ki, general-leytenant Jaksılkov bundan əvvəl Qazaxıstanın daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş komandanı olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti