Merkelə BMT-də iş təklif edilib
Qeyd olunub ki, Quterreş təkliflə bağlı Merkelə məktub göndərib, lakin hələlik hər hansı cavab verilməyib. Təşkilatda hesab edirlər ki, keçmiş kansler çətin ki, iş təklifini qəbul etsin.
Xatırladaq ki, Merkelə BMT-nin nəzdində fəaliyyət göstərən qlobal ictimai sərvətlər üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etmək təklif olunub. Qlobal ictimai sərvətlər dedikdə, BMT-də qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi, dünya iqtisadiyyatı nəzərdə tutulur.
Pərvanə Sultanova
AzVision.az