"Bacı-qardaşın içərisində işləyən tək mənəm" - Tahir Kərimli

"Bacı-qardaşın içərisində işləyən tək mənəm" -    Tahir Kərimli
  18 Yanvar 2022    Oxunub:477
“Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm”.
AzVision.az xəbər verir ki, bunu deputat Tahir Kərimli onun barəsində səsləndirilən iddialarla bağlı danışarkən deyib.

O qardaşları və bacısı oğlu ilə bağlı deyilən fikirlər barədə danışıb danışıb:

“Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.

Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.

Bu böhtanlar nəyə lazımdır? Hardadır bizim biznesimiz? Mənim hər hansı bir sahədə biznesim yoxdur. Nə də övladlarımın, qardaşlarımın. Qardaşlarım da o vaxtdan indiyə kimi işsizdir. Hardadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki, öz rayonumda balaca bir evim olsun, gedim-gəlim. Çünki mənim dəfn olunası yerim oradır.

Bir qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir, gəlib, Bakıda kirayədə yaşayır, işsizdir. Digər qardaşım da anadan olmadan əvvəl atamın tikdiyi evdə yaşayır. Mən İsmayıllıdakı taxta evdə yaşayıram. Şükür Allaha, vaxtilə dövlətin Bakıdan verdiyi evi var, ora sığınmışıq. Hanı bu villalar?”



AzVision.az

Teqlər:







Xəbər lenti