Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatıb
  18 Yanvar 2022    Oxunub:1106
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
AzVision.az Milli Hidrimetetorologiya Xidmətinə istinadən xəbər verir ki, saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.

AzVision.az



Teqlər: Hava  





Xəbər lenti