Nur-Sultanda Rusiyaya silahla uçmaq istəyənlər saxlanılıb

Nur-Sultanda Rusiyaya silahla uçmaq istəyənlər saxlanılıb
  18 Yanvar 2022    Oxunub:590
Qazaxıstanın Nur-Sultan hava limanında baqajında ​​və əl yükündə soyuq silahlarla Rusiyaya uçmağa hazırlaşan iki nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, aşkarlanan soyuq silahlara bıçaqlar, qandallar və s. qadağan olunmuş təhlükəli əşyalar olub.

Bundan əlavə, məhbusların mobil telefonlarında onların Alma-Atada mitinqlərdə və iğtişaşlarda iştirakını təsdiqləyən videogörüntülər də aşkar edilib.
Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün polisə təhvil verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Silah  





Xəbər lenti