"Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı artıb"- Vilayət Eyvazov

"Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı artıb"-    Vilayət Eyvazov
  18 Yanvar 2022    Oxunub:920
2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub: "Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib".

"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39 faiz artaraq 7837 fakt təşkil edib", - nazir vurğulayıb.

AzVision.az



Teqlər: Cinayət  





Xəbər lenti