Paşinyan Avropa Məhkəməsində Ermənistanı udub

   Paşinyan Avropa Məhkəməsində Ermənistanı udub
  18 Yanvar 2022    Oxunub:935
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) baş nazir Nikol Paşinyanın Ermənistan dövlətinə qarşı 2010-cu ildə qaldırdığı iddianı təmin edib.
AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Qeyd edilib ki, Avropa Məhkəməsi 2008-ci il prezident seçkilərindən sonra Paşinyanın hüquqlarının 2 maddə üzrə pozulması barədə qərar çıxarıb.

Məhkəmə iddiasında kompensasiya tələbi olmadığı üçün Paşinyana ödəniş edilməyəcək.

Xatırladaq ki, 2008-ci ildə Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. 2008-ci il martın 1-2-də İrəvanda baş verən iğtişaşlardan sonra o, axtarışa verilib. 2009-cu ildə o, hakimiyyətə təslim olub. 2010-cu ilin yanvarında iğtişaşların təşkilində ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkəmə müddəti iki dəfə azaldıb və 2011-ci ilin mayında Paşinyan Ermənistanın müstəqilliyinin 20-ci ildönümü şərəfinə amnistiyaya əsasən azadlığa buraxılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti