"Bölgədə müharibə qəbuledilməzdir" - Ərdoğan
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada səfərdə olub və cənab Əliyevlə söhbət aparacaq: “Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. İndi biz müharibəni siyasət tarixindən silməliyik. “Bir yerin torpaqlarını işğal edim, alım” məntiqi ilə bu işlər getməz. Nümunə üçün, Rusiya Ukraynada nə etdi? Krımı aldı. Prezident Putinlə keçirdiyimiz hər görüşdə Krımın işğalının əleyhinə olduğumuzu deyirik. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə söyləyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır".
Pərvanə Sultanova
AzVision.az
Teqlər: