"Bir neçə il koronavirusla yaşamalı olacağıq" - "Pfizer"-in rəhbəri

   "Bir neçə il koronavirusla yaşamalı olacağıq" -    "Pfizer"-in rəhbəri
  18 Yanvar 2022    Oxunub:1112
"Pfizer" əczaçılıq şirkətinin baş direktoru Albert Burla deyib ki, COVID-19 virusu bir neçə il ərzində yox olmayacaq.
AzVision.azxəbər verir ki, o, bəşəriyyətin əldə etdiyi bəzi vasitələrin(vaksin vəs. -red.) tezliklə insanların əvvəlki həyatlarına qayıtmasına imkan verəcəyini də söyləyib.

- Pessimist görünmək istəmirəm, amma inanıram ki, biz bir neçə il məhv edilməsi çox çətin olan bir virusla yaşamalı olacağıq. O, bütün dünyaya yayılıb, eyni insana bir neçə dəfə yoluxdura bilir. Hətta bir neçə dəfə mutasiya edir ki, biz də yenidən yunan əlifbasını açmalı oluruq,- Burla İtaliyanın "La Republica" qəzetinə müsahibəsində deyib.

"Omicron" ştammının meydana gəlməsi pandemiyanın sonu deməkdirmi sualını cavablandıran Amerika şirkətinin rəhbəri qeyd edib ki, “bunu heç kim deyə bilməz”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Virus  





Xəbər lenti