"Hazırda Qazaxıstandayam" - Nazarbayev

   "Hazırda Qazaxıstandayam" -    Nazarbayev
  18 Yanvar 2022    Oxunub:891
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda paytaxtda olduğunu və heç yerə getmədiyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı videomüraciətində deyib.

O xatırladıb ki, 2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib və o vaxtdan təqaüddədir: "Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm".

Nazarbayev Qazaxıstan xalqına dövlət başçısı kimi apardığı islahatlar və modernləşmə kursunu dəstəklədiyinə görə təşəkkür edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nazarbayev  





Xəbər lenti