On bir ayda 2 628 əkiz, 75 üçəm dünyaya gəlib

   On bir ayda 2 628 əkiz, 75 üçəm dünyaya gəlib
  18 Yanvar 2022    Oxunub:728
Azərbaycanda doğulan üçəm və dördəmlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində 101 775 doğulan körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1 000 nəfərinə 11,1 təşkil edib. Doğulan körpələrdən 2 628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.

AzVision.az


Teqlər: Üçəm   Əkiz  





Xəbər lenti