Əhalinin sayı açıqlanıb

 Əhalinin sayı açıqlanıb
  18 Yanvar 2022    Oxunub:851
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildirilib ki, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 33696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10152829 nəfərə çatmışdır.

Qeyd olunub ki, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

AzVision.az


Teqlər: Əhali  





Xəbər lenti