"Tokayev hakim partiyanın sədri seçiləcək" - Nazarbayev

   "Tokayev hakim partiyanın sədri seçiləcək"  -    Nazarbayev
  18 Yanvar 2022    Oxunub:943
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tezliklə hakim partiya “Nur Otan”ın sədri seçiləcək".
AzVision.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

"Prezident Qasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nazarbayev bildirib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Nazarbayev  





Xəbər lenti