"Çimməyə qadağa qoyulsun"- Jirinovski

   "Çimməyə qadağa qoyulsun"-   Jirinovski
  18 Yanvar 2022    Oxunub:621
Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski maraqlı açılama verib.
AzVision.az xəbər verir ki, tez-tez gülməli fikirləri ilə gündəmə gələn rusiyalı siyasətçi hər il dini ayin kimi yerinə yetirilən buzlu suda çimməyə qadağa qoyulmasını tələb edib.

Jirinovski yeddinci dəfə COVID-19-a qarşı peyvənd vurdurub
- Bu çimməyə qadağa qoyulsun... Bu - hipotermiya(İnsanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində bədənin temperaturunun aşağı düşməsi-red.), qan damarlarında spazmlar zərərli şeydir. "Omikron" da yayılır, burda isə çimirlər... Bu il çimməyə qadağa qoyulsun, - Jirinovski Dövlət Dumasında mətbuat konfransında deyib.

Qeyd edək ki, Jirinovski özü əvvəllər məlum ayində iştirak edib, qışda buzlu suda çimib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Jirinovski  





Xəbər lenti