Blinken Ukraynaya səfər edəcək

Blinken Ukraynaya səfər edəcək
  18 Yanvar 2022    Oxunub:1040
ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 19-da Ukraynaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, danışıqların dəqiq gündəliyi hələlik məlum deyil, lakin Ukraynanın təhlükəsizliyi, ölkəyə əlavə yardım və silahların verilməsi, həmçinin Rusiya Federasiyasına qarşı mümkün sanksiyaların müzakirəsi gözlənilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Blinken   Ukrayna  





Xəbər lenti