Putinlə Rəisi Moskvada görüşəcək: Gündəm nüvə sazişi

 Putinlə Rəisi Moskvada görüşəcək:  Gündəm nüvə sazişi
  18 Yanvar 2022    Oxunub:842
Rusiya prezidenti Vladimir Putin yanvarın 19-da Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, liderlər görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin bütün spektrini, o cümlədən ticari-iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsini, eləcə də aktual beynəlxalq və regional mövzularla bağlı müzakirələr aparacaqlar.

Prezidentlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə də diqqət yetirəcəklər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti