"Qarabağa getmək istəyənlər bileti onlayn ala biləcəklər"

   "Qarabağa getmək istəyənlər bileti onlayn ala biləcəklər"
  18 Yanvar 2022    Oxunub:675
Qarabağa səfərlər üçün biletlər yolumuzqarabaga.az saytından alına bilər və bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməlidir.
AzVision.az xəbər verir ki, bununla bağlı işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, asan loqin vasitəsi ilə sayta daxil olanlar üçün buna ehtiyac yoxdur:

"Bu üsulla bilet almaq istəyən şəxslərin əlavə məlumatları daxil etməyə ehtiyacı yoxdur. Vətəndaş özü ilə digər şəxs üçün bilet almaq istəyirsə, bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti