Nazir müavinindən Qarabağa səfər edəcək vətəndaşlara ÇAĞIRIŞ

   Nazir müavinindən Qarabağa səfər edəcək vətəndaşlara    ÇAĞIRIŞ
  18 Yanvar 2022    Oxunub:531
“İşğaldan azad edilmiş ərazilərə səfərlər qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Vətəndaşlardan xahiş edirik ki, təlimatlara ciddi riayət etsinlər”.
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Onun sözlərinə görə, bu layihəyə mərhələli, pilot layihə kimi baxılmalıdır:

“Proses start götürdükdən sonra hər hansı problem və ya yeni təkliflərlə bağlı həyata keçirilən tədbirlərə dəyişikliklər ola bilər. Yeni marşrut xətləri ilə bağlı məsələlər gələcək zamanlarda müzakirə edilə bilər. Zəruri istiqamətlər nəzərdə tutulub”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti