Qarabağa səfər üçün alınan biletlər başqasına verilə bilməz

   Qarabağa səfər üçün alınan biletlər başqasına verilə bilməz
  18 Yanvar 2022    Oxunub:512
“Azad edilmiş ərazilərə səfərlər üçün alınan biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir”.
AzVision.az xəbər verir ki, bunu bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Onun sözlərinə görə, biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq:

“Bu məsələni diqqətə almaqla bilet sifariş verilən zaman məlumatların doğru qeyd edilməsi önəmlidir. Biletlərin vətəndaşlar arasında mübadiləsi yolverilməzdir”, - deyə o əlavə edib.

Rəhman Hümmətov bildirib ki, əslən azərbaycanlı xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb.

“Bu və digər məsələlər irəliləyən dövrdə, növbəti mərhələlərdə nəzərə alınacaq. Bu gün üçün biz bu səfərlərdə ölkə vətəndaşlarımızın ziyarət məqsədilə Qarabağa gedişini təşkil etməyə çalışırıq. Azərbaycan vətəndaşlığından imtina edən xarici ölkə vətəndaşlığını qəbul edən soydaşlarımızın hazırda səfərlərdən yararlanması nəzərdə tutulmayıb. Lakin bir müddət sonra bu və digər yaranan suallar da öz həllini tapacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti