“İlk səfər Şuşa istiqamətində olacaq”

   “İlk səfər Şuşa istiqamətində olacaq”
  18 Yanvar 2022    Oxunub:422
10 yanvar 2022-ci il tarixində müvafiq müsabiqədə işğaldan azad ediliş ərazilərə gedəcək daşıyıcı şirkət seçilib.
AzVision.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, Qarabağ istiqamətinə marşrut xətti üçün nəzərdə tutulan avtobusların texniki göstərişlərinə ciddi diqqət edilib:
" Xüsusilə Şuşa istiqamətində yolları nəzərə alaraq əyləc sistemi xüsusi güclü olan avtobusların seçilməsinə üstünlük verilib”, - deyə Anar Rzayev əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti