Zamanla digər azad olunan ərazilərə də marşrut avtobusları açıla bilər - Nazir müavini

 Zamanla digər azad olunan ərazilərə də marşrut avtobusları açıla bilər -  Nazir müavini
  18 Yanvar 2022    Oxunub:1120
“Təhlükəsizlik tədbirləri imkan verdikcə, yollarda aparılan işlər nəzərə alınmaqla yeni istiqamətlərin açılması təmin ediləcək".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Onun sözlərinə görə, hazırda işğaldan azad olunan digər rayonlara gediş barədə qərar yoxdur:

"Ağdam və Şuşa şəhərlərin təhlükəsizlik tədbirləri tam təmin edilib. Vətəndaşların aidiyyəti qurumların nəzarəti altında səfərləri təşkil edilə bilir. Odur ki, zamanla, digər ərazilərdə görülən infrastruktur layihələrinə müvafiq olaraq yeni marşurut xətlərinin təşkili nəzərdə tutula bilər"

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti