ANAMA: "Şuşada mina təhlükəsi yoxdur"

      ANAMA:    "Şuşada mina təhlükəsi yoxdur"
  18 Yanvar 2022    Oxunub:1423
"Şuşada mina təhlükəsi yoxdur, ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhəri partlayıcı sursatlar və minalardan təmizlənib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Şuşa şəhəri və ətraf bölgə üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub.
S.Poladov vurğulayıb ki, Ağdam ərazisində də mina təmizləmə işləri davam etdirilir. Onun sözlərinə görə, vətəndaşların səfəri üçün nəzərdə tutulan ərazilər minalardan tam təmizlənib və təhlükəsizlik təmin edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: ANAMA   Mina  





Xəbər lenti