İşğaldan azad edilmiş ərazilərə gedən avtobusları polis müşayiət edəcək

 İşğaldan azad edilmiş ərazilərə gedən avtobusları polis müşayiət edəcək
  18 Yanvar 2022    Oxunub:652
İşğaldan azad edilmiş ərazilərə gedəcək marşrut avtobuslarını polis tərəfindən müşahidə ediləcək.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə giriş zamanı biletlərin və bilet almış şəxslərin eyniliyi yoxlanılacaq:

"Avtobus sürücüləri azad edilmiş ərazilərdə hərəkətlə bağlı məlumatlandırılacaq. Minadan təmizlənən ərazilər və ziyarət edilməsinə icazə verilən yerlərin sxemi hazırlanıb. ANAMA əməkdaşları ilə DİN əməkdaşları arasında aparılan müzakirələr zamanı bu məsələyə diqqət edilib. Səfər edən şəxslər təlimatlandırılacaq və təhlükəsiz qaydada hərəkətləri təmin ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: qarabağ   Avtobus  





Xəbər lenti