Ermənistan parlamentində "Türk agenti" atmacası dava yaratdı- VİDEO

Ermənistan parlamentində  "Türk agenti"  atmacası dava yaratdı- VİDEO
  17 Yanvar 2022    Oxunub:910
Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, vitse-spiker Ruben Rubinyan müxalif deputatlarla dava edib.

- Bazar ertəsi parlamentin iclasında “Hayastan” fraksiyasının nümayəndəsi Aqnes Xamoyan bildirib ki, Rubinyan Türkiyədə "təcrübə" keçib və araşdırmalar aparıb. O, “türk agenti” ola bilər. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi olan parlamentin vitse-spikeri Ruben Rubinyan isə müxalifətdən olan deputatlara sərt şəkildə xəbərdarlıq edib ki, əgər həmkarları onu Türkiyə ilə əlaqələrdə ittiham olunmağa davam edərsə, səbri daşa bilər. Rubinyan bütün bu kimi iddiaların əsassız olduğunu bildirib və cavab addımlarına əl ata biləcəyini qeyd edib. Xamoyanın etiraz etmək cəhdləri isə uğursuz alınıb: Rubinyan ona danışmağa imkan verməyib,- məqalədə yazılıb.

"Ermənistanda su bahalaşıb, işıq və qaz da qalxacaq" - Zöhrabyan
Qeyd edilir ki, bundan sonra vitse-spiker parlamentin digər sədr müavini Akop Arşakyanın çıxışı zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında yaranmış söz atışmasına görə parlamentin iclasını yarımçıq dayandırıb.

Rubinyan “Hayastan” fraksiyasından olan deputat Hripsime Stambulyana da irad bildirərək, müxalifəti sakitləşməyə çağırıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda xaotik siyasi durum yaranıb. Parlamentdə isə bir neçə dəfə dava və söz atışması baş verib.


Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Parlament  







Xəbər lenti