DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
AzVision.az -a verilən məlumata görə Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin avtomobildən İ.Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə ümumilikdə 14 kiloqram 725 qram narkotik vasitə heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-də araşdırma aparılır.
AzVision.az