“Azəriqaz”dan balans artırarkən yaranan problemlə bağlı açıqlama

   “Azəriqaz”dan balans artırarkən yaranan problemlə bağlı    açıqlama
  16 Yanvar 2022    Oxunub:1101
"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi zamanı yaşanan problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib.

AzVision.az xəbər verir ki, açıqlamada açıqlamada deyilir:

“"Zenner" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi ancaq "e-manat" tipli terminallarda mümkündür. Həmin terminallarda proqram dəyişikliyi olub. Yenilənmə olmuş aparatlarda bu ödənişi həyata keçirmək mümkün deyil. Bu barədə rəsmi şəkildə "e-manat" şirkətinə də müraciət olunub. Bu cavabı aldıq ki, hələlik metrolarda olan aparatlarda yenilənmə olmadığından karta pul yükləmə yalnız orada mümkün ola bilər. Bu isə müvəqqəti problemdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti