Türkiyədə yaxın həftələrdə dollardan imtina prosesi sürətlənəcək
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati bildirib.
Nebati deyib ki, inflyasiya dekabrda son 19 ilin ən yüksək göstəricisi olan 36%-ə çatıb. 2023-cü ilin ortalarına təyin edilmiş prezident və parlament seçkilərinə qədər isə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır.
Türk lirəsi 2021-ci ilin noyabrında ilin əvvəli ilə müqayisədə dəyərdən düşüb. Buna səbəb Mərkəzi Bankınhazırda 14% olan uçot dərəcəsini aşağı salmaqda davam edən siyasətidir.
AzVision.az