İsrailli nazir koronavirusa yoluxub

İsrailli nazir koronavirusa yoluxub
  15 Yanvar 2022    Oxunub:697
İsrailin maliyyə naziri Aviqdor Libermanın koronavirusa qarşı verdiyi testing cavabı müsbət çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

“Şənbə günü mənə koronavirus diaqnozu qoyuldu. Özümü yaxşı hiss edirəm və yaxın bir neçə günü Nokdimdəki evimdə təcrid olunmuş vəziyyətdə keçirəcəyəm”, - Liberman vurğulayıb.

O, sağalanadək distant rejimdə işləməyə davam edəcək.

Qeyd edək ki, bundan əvvəl İsrailin xarici işlər naziri Yair Lapiddə koronavirus aşkarlanıb.

AzVision.az



Teqlər: Liberman   Korona  





Xəbər lenti