Türkiyədə son sutkada koronavirusdan 177 nəfər vəfat edib

Türkiyədə son sutkada koronavirusdan 177 nəfər vəfat edib
  15 Yanvar 2022    Oxunub:739
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 177 nəfər ölüb.
AzVision.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 263 nəfərin test edildiyi, 63 min 967 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 52 min 016 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

AzVision.az



Teqlər: Türkiyə   Korina  





Xəbər lenti