Qəbələdə minik maşını ilə avtobus toqquşub, tələfat var

Qəbələdə minik maşını ilə avtobus toqquşub, tələfat var
  15 Yanvar 2022    Oxunub:663
Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun Seyidlər adlanan yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, rayonun Cığatelli kənd sakini 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Ağır bədən xəsarətləri alan 21 yaşlı S.Şərifov Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Xəsarətləri ağır olan gənc oğlan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Qəbələ   Qəza   Ölən  





Xəbər lenti