İsveç Qotland adasına xüsusi təyinatlılar göndərib

İsveç Qotland adasına xüsusi təyinatlılar göndərib
  15 Yanvar 2022    Oxunub:852
İsveç Silahlı Qüvvələri Norbotten vilayətində yerləşən xüsusi təyinatlı dəstəni Qotland adasına göndərib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.

Hərbçilərin bir qismi İsveçin də daxil olduğu “Heavy Airlift Wing” beynəlxalq nəqliyyat təşkilatının “C-17” təyyarəsi ilə, bir qismi isə paromla aparılıb.

Məlumatda bu addım İsveçin Rusiya ilə Ukrayna arasında münasibətlərin kəskinləşməsinə reaksiyası adlandırılıb.

AzVision.az



Teqlər: İsveç   Qotland  





Xəbər lenti