Tunisdə polis fransız jurnalisti döyüb

Tunisdə polis  fransız jurnalisti döyüb
  15 Yanvar 2022    Oxunub:516
Tunisdə etiraz aksiyası zamanı Fransanın “Libération” qəzetinin müxbirini polis döyüb.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, fransız müxbir Matye Qaltye aksiya zamanı nümayişçilərdən birinin vəhşicəsinə saxlanmasını lentə alıb. Onun sözlərinə görə, o, mətbuat işçisi olduğunu desə də, polis onun telefonunu əlindən almağa çalışarkən mübahisə yaranıb.

Qeyd edək ki, Tunisin müxalifət partiyaları Prezident Qais Səidin parlamentin fəaliyyətini dondurmaq barədə qərarına qarşı etiraz aksiyaları keçirib. Polis ölkə paytaxtının mərkəzində etirazçıları dağıtmaq üçün su şırnaqları və səs-küylü qumbaralardan istifadə edib.

Etirazlar zamanı onlarla insan saxlanılıb.

AzVision.az

Teqlər: Tunis   Polis   Jurnalist  







Xəbər lenti