Pekində Omicron ştamına ilk yoluxma qeydə alınıb

Pekində Omicron ştamına ilk yoluxma  qeydə alınıb
  15 Yanvar 2022    Oxunub:780
Çinin paytaxtı Pekin şəhərində koronavirusun Omicron ştamına ilk yoluxma halı qeydə alınıb.
AzVision.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunur ki, yoluxmuş şəxs şəhərin şimal-qərbindəki Haydian rayonunda aşkarlanıb.

Xatırladaq ki, ötən ilin dekabrın 13-də Çində Omicron ştamına ilk yoluxma halı Pekindən 150 km aralıda yerləşən Tyantszin şəhərində qeydə alınıb. Yoluxmuş şəxs ölkəyə dekabrın 9-da xaricdən gəlib.

Qeyd edək ki, yanvarın əvvəlində Çin Xarici İşlər Nazirliyi dünyada Omicron ştamının sürətlə yayılmasına baxmayaraq, Pekində Qış Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. XXIV Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində, Paralimpiya oyunları isə martın 4-dən 13-dək keçiriləcək.

AzVision.az




Teqlər: Pekin   Omikton  





Xəbər lenti