G7 ölkələrinin xarici işlər nazirləri Almaniyada görüşəcək

   G7 ölkələrinin xarici işlər nazirləri Almaniyada görüşəcək
  15 Yanvar 2022    Oxunub:1336
Almaniyada G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Almaniya hökumətdəki mənbə bildirib.

Qeyd olunub ki, görüş 12 may tarixində baş tutacaq və iki gün davam edəcək. Qrup Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Almaniya, Yaponiya və Avropa İttifaqından ibarətdir.

Nazirlər Baltik dənizininin sahilində yerləşən Vanqels kommunasında görüşəcək. Danışıqlar isə 2015-ci ildə hotelə çevrilən Vaysenhaus qəsrində baş tutacaq.

Tədbirin keçirilməsinə Almaniya 166 milyon avro xərcləyib. Halbu ki, 2015-ci ildə sammitin keçirilməsinə 135 milyon avro xərclənmişdi.

AzVision.az



Teqlər: G-7   Almaniya  





Xəbər lenti