Güclü külək Bakıda fəsadlar törədib
AzVision.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qeyd olunub ki, güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli binanın dam örtüyündə dəmir lövhənin, Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə beşmərtəbəli binanın fasad üzlüklərinin qoparaq ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olan məlumatlara əsasən operativ olaraq cəlb edilən XRXX-nin xilsediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
AzVision.az