Türkiyədə PCR testi məcburiyyəti ləğv edilib

Türkiyədə PCR testi məcburiyyəti ləğv edilib
  15 Yanvar 2022    Oxunub:697
Türkiyədə son 180 gün ərzində COVID-19 keçirməyən, peyvənd olunmayan və ya peyvənd dozası tamamlanmayan şəxslər üçün təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə səyahət etməzdən əvvəl PCR testi tələbi ləğv edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bununla bağlı "Türk Hava yolları" aviaşirkətindən də məlumat verilib. Bildirilib ki, bu aviaşirkət ilə ölkədaxili səyahət edənlərdən PCR testi tələbi edilməyəcək.

Ölkə üzrə qadağanın aradan qaldırılması ilə bağlı qərar eyni zamanda kino, teatr, konsert zallarına da şamil olunur.

AzVision.az



Teqlər: Türkiyə   PCR  





Xəbər lenti