"Bunu Azərbaycan-Ukrayna Birgə Bəyannaməsində görməkdən məmnunuq" - Səfirlik

   "Bunu Azərbaycan-Ukrayna Birgə Bəyannaməsində görməkdən məmnunuq" -    Səfirlik
  15 Yanvar 2022    Oxunub:1642
"Azərbaycan kimi ABŞ da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitterdəki paylaşımında qeyd olunub.

"Biz bunun Birgə Bəyannamədə əksini tapmasından məmnun olduq", - səfirlik bəyan edib.

Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə Bəyannamə imzalayıblar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti