Çində 1 milyard 22 milyondan çox insan peyvənd olunub

Çində 1 milyard 22 milyondan çox insan peyvənd olunub
  15 Yanvar 2022    Oxunub:625
Çində 1 milyard 22 milyondan çox insan COVID-19-a qarşı hər iki dozada peyvənd olunub.
Bu isə ölkə əhalisinin 85%-dən çoxunu təşkil edir. AzVision.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyasının sözçüsü Mi Fen məlumat verib.

Son siyahıyaalmaya görə, Çinin əhalisi 1,411 milyard nəfərdən çoxdur. Beləliklə də, bu günə qədər ölkə sakinlərinin 85%-dən çoxunun peyvəndləmə prosesindən keçməsi təsdiq olunurb. Qeyd edək ki, Çində peyvənd pulsuz və könüllüdür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti