Küveytdə neft zavodunda yanğın: Ölənlər var

 Küveytdə neft zavodunda yanğın:    Ölənlər var
  15 Yanvar 2022    Oxunub:794
Küveytin Mina əl-Əhmədi neft emalı zavodunun qaz mayeləşdirmə qurğusunda texniki xidmət zamanı baş verən yanğın nəticəsində iki fəhlə həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Küveyt Milli Neft Şirkətinin məlumatında bildirilir. Şirkətin rəsmisi jurnalistlərə deyib ki, həyatını itirənlər Asiya mənşəli işçilərdir. Əl-Adan Xəstəxanasında müalicə olunan 5 yaralının vəziyyətinin ağır olduğundan onlar əl-Babtain hospitalına köçürülüb.

Məlumatda, həmçinin qeyd edilib ki, qəzanın baş verdiyi qurğu işlək vəziyyətdə olmadığından neft emalına və ixrac əməliyyatlarına ciddi ziyan dəyməyib.

Mina əl-Əhmədi neft emalı zavodu Küveytin daxili bazarını benzin və dizellə təmin edir. Burada gündəlik 25 min barel neft emal olunur. Müəssisə karbon emissiyasını azaltmaq və istehsal həcmini artırmaq məqsədilə bu yaxınlarda rekonstruksiya edilib.

AzVision.az



Teqlər: Küveyt  





Xəbər lenti