Əhalinin içki və siqaret xərcləri dekabrda artıb

Əhalinin içki və siqaret xərcləri dekabrda artıb
  15 Yanvar 2022    Oxunub:1961
Ötən il Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2,288 mlrd. manat xərclənib.
AzVision.az -ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm 2020-ci il ilə müqayisədə 0,3% artıb. Təkcə 2021-ci ilin dekabr ayında sözügedən göstərici 378,8 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 2,2 dəfə artıb.

AzVision.az


Teqlər: İçki   Siqaret  





Xəbər lenti